May ayında baş tutacaq “qızıl amnistiya”ya məşhur meyxanaçı Rəşad Dağlının düşmə ehtimalı insanlar arasında maraq doğurur.
Məsələ ilə bağlı hüquqşünaslar fərqli fikirlər səsləndirsə də, hər şey məhkəmə qərarından sonra bilinəcək.
Bununla bağlı hüquqşünas Ramil Süleymanov fikirlərini Referans.az-la bölüşüb. Hüquqşünas əgər aprel ayında baş tutacaq məhkəmənin qərarından asılı olaraq meyxanaçının amnistiyaya düşə bilmə ehtimalının olduğunu bildirib.
“Əfv yalnız məhkum olunmuş şəxslər barəsində tətbiq olunur. Bunlar barələrində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olan şəxslərdir. Buna əsasən əfv Rəşad Dağlıya şamil olunmayacaq. Amma aprel ayında onun barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olarsa, maydakı amnistiya siyahısına onun adının düşmə ehtimalı ola bilər. Belə olan təqdirdə Rəşad Dağlıya, məsələn, 9 il iş kəsərlərsə, 5 ilə, 6 ilə və yaxud 4 ilə endirilə bilər. Bundan əlavə o birbaşa cəzadan azad edilə bilər və ya onun cəzası azadlıqlarını məhdudlaşdırma şərti ilə azadlığa buraxıla bilər. Təbii ki, hər şey apreldəki məhkəmə prosesindən sonra konkretləşəcək.”