Maştağada yağışdan sonra hərəkət etmək mümkün deyil


Sakinlər bildirirlər ki, bir az yağış yağan kimi bütün küçə gölməçəyə çevrilir, yollar palçıq olur, hərəkət ciddi şəkildə çətinləşir. Ərazidə kanalizasiya sistemi də olmadığından hər yer üfunət qoxuyur.
“Bura qar yağsa, gərək qayıqla hərəkət edəsən. Yazda isə ağcaqanad əlindən dayanmaq olmur”, - deyə sakinlər şikayət edirlər.
İcra Hakimiyyətindən məsələ ilə bağlı bildiriblər ki, problem tezliklə öz həllini tapacaq. Yaxın müddətdə müvafiq addımlar atılacaq.