ABŞ hərbçiləri husilərin mövqelərinə zərbə endirib


ABŞ hərbçiləri Yəməndə husilərin mövqelərinə növbəti dəfə zərbə endirib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Bildirilir ki, zərbə nəticəsində husilərə məxsus beş sualtı dron və bir PUA məhv edilib. Sıradan çıxarılan hərbi texnika ABŞ donanması üçün təhlükə yaradırdı.
Mərkəzi Komandanlıq əlavə edib ki, husilərin Yəmən ərazisindən Qırmızı dəniz istiqamətində atdığı raketlərdən biri zərərsizləşdirilib, digəri isə suya düşüb.