Tramp seçkidə 12 faizə yaxın demokratın onu dəstəkləyəcəyinə inanır
Düşünürəm ki, demokratların çoxu mənə sizin düşündüyünüzdən daha çox səs verəcək.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd Donald Tramp “Fox News”a müsahibəsində deyib.
Bildirib ki, demokratların 10-12 faizinin seçkidə onu dəstəkləyəcəyini proqnozlaşdırır.
Trampın sözlərinə görə, demokratlar öz partiyalarının potensial namizədi, ABŞ-ın hazırkı Prezidenti Co Baydenə inanmırlar, çünki ona heç bir ümid yoxdur.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri cari ilin noyabrın 5-nə təyin edilib.