Kirbi əməkdaşlıqdan imtina etdi - Rusiyadan cavab


Ağ Evin sözçüsü Con Kirbinin Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıqdan imtina etməsi ilə bağlı bəyanatı məsuliyyətsizlikdir.

Bunu Rusiya Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin üzvü Adalbi Şxaqoşev bildirib.

"Kirbi rəsmi olaraq kəşfiyyat orqanlarının əməkdaşlığını məhv edir. Kəşfiyyat orqanları arasında terror təhdidləri ilə bağlı kommunikasiyalar etiket norması deyil, beynəlxalq təhlükəsizliyin mühüm halqasıdır. Kirbinin bəyanatı düşünülməmiş və məsuliyyətsizdir", - Duma üzvü deyib.

O, həmçinin vurğulayıb ki, ölkələr arasında hansı əlaqələr mövcud olursa olsun, bu sahədə həmişə kəşfiyyat xidmətləri vasitəsilə qarşılıqlı əlaqə olub.

Qeyd edək ki, Kirbi ABŞ-ın Moskva vilayətində baş verən terror aktından sonra Rusiyaya təhlükəsizlik yardımı göstərmək niyyətində olmadığını bəyan edib.