Bakıda 15 yaşlı qız itkin düşüb


Bakıda yeniyetmə qız itkin düşüb.

Martın 25-də F.Vəliyeva Xətai RPİ-nin 34-cü PŞ-nə müraciət edərək nəvəsinin itkin düşməsini bildirib.

O qeyd edib ki, 2009-cu il təvəllüdlü nəvəsi Z.Sultanova həmin gün saat 14:00 radələrində Xətai rayonu M.Hadi küçəsində yerləşən evlərindən qayıtmaq adı ilə çıxıb. Lakin daha sonra itkin düşüb.

15 yaşlı qızın tapılması istiqamətində tədbirlər həyata keçirilir.