ETSN-nin sevimli kadrı qanun tanımır - Əlirza Əliyevin qoçuları narazılıq yaradır

Bir neçə gün öncə Ağsu və İsmayıllı rayonlarında təbiətə qənim kəsilənlər və yaranmış ekoloji fəlakətlə bağlı qısa məlumat vermişdik. Realliq.info -ya müraciət edən vətəndaşlar yaranmış ekoloji durumdan narahatçılıq ifadə edərək özbaşınalığa son verilməsini xahiş etmişdilər. Həmin yazıda qeyd olunurdu ki, rayon ərazisindən keçən "Ağsu çayı" ekoloji fəlakətə səbəb ola bilər. Rayonun mərkəzindən keçən çayın hər yerinə zibillər axıdılır. Rayon icra hakimiyyətinin tabeçiliyində olan qurumlar yaşayış məntəqələrindən yığdıqları zibil və tullantıları çaya boşaldır.

Realliq.info - nun əməkdaşının apardığı araşdırmalarda göstərilirdi ki, "Vətəndaşların müraciətlərində qeyd olunanlar həqiqəti əks etdirir. Rayonun mərkəzindən keçən çayın ətrafı zibilxanaları xatırladır. "Ağsu çayı"nı zibil anbarını çevirənlərin cəzasız qalması vəziyyəti daha da ağırlaşdırıb. Hazırda çayın yaşayış məntəqələrinə yaxın olan ərazilərində baş alıb gedən özbaşınalıq Ekologiya və Təbii Sərvətlər nazirliyini narahat etmir. Məsələ ilə bağlı nazirliyə ünvanladığımız sorğular nəticəsiz qalıb. Nazirlik 11 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlirza rza oğlu Əliyevin yaxşı işçi olduğunu önə çəkərək rayon rəhbərliyini ittiham edir.

Əlirza Əliyevin fəaliyyətsizliyi nəticəsində Ağsuda yaranmaqda olan ekoloji fəlakətin fəsadları artıq hiss olunmaqdadır. Rayon sakinlərinin müraciətlərini nəzərə alaraq mövzu ilə bağlı araşdırmalar aparırıq.

Onu da qeyd edək ki, 11 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsinin nəzarətində olan İsmayıllı rayonunda yaşıllıqların məhv edilməsi ilə bağlı faktlar da diqqətimizdən yayınmadı. İsmayıllı rayonunun ekoloji balansını qorumağa borclu olan Əlirza müəllimi isə iş otağında tapmaq olmur".

Yazı saytda dərc olunandan sonra Ekologiya və Təbii Sərvətlər nazirliyi 11 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlirza Əliyevə tapşırıq verərək faktların araşdırılmasını və qanuni tədbirlərin görülməsini tələb etmişdi. Hər zaman olduğu kimi bu tapşırıq da Əlirza Əliyevin növbəti qanunsuzluğuna şərait yaratmış oldu.

Ağsudan Realliq.info - ya daxil olan məlumatda qeyd olunur ki, Ə.Əliyev tabeçiliyində olan Babək adlı işçini rayona göndərək faktları ortadan qaldırmaq yerinə öz qanunsuz tələblərini irəli sürüb. Babək adlı məmurun rayon idarələrini hədələyərək "hörmət" tələb etməsi ciddi narazılığa səbəb olub. Bu şəxsin qanunsuz tələbləri nəticəsində yaranmış narazılıqlar Ekologiya və Təbii Sərvətlər nazirliyini narahat etmir. Nazirlik tabeçiliyində olan 11 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlirza Əliyevin qanunsuz fəaliyyətinə və Babək adlı əməkdaşının qoçuluğuna susmaqla cavab verməsi bizim üçün də qaranlıq qalır. Məsələnin bir tərəfi aydındır ki. qanunlardan üst tutulan Əlirza Əliyev cəzasızlıq mühitində qanunsuz əməllərini genişləndirməkdədir.

İsmayıllı rayonunda da yaşıllıqların məhv edilməsi adi hala çevrilib. Ekologiya və Təbii Sərvətlər nazirliyinin əvəzolunmaz və sevimli kadrı Əlirza Əliyevin istəkləri nazir Hüseyn Bağırovun tapşırıqlarından öndə gəlir. Görünən o ki, Ə.Əliyevi himayə edənlər nazirə yalan məlumatlar verməkdən belə çəkinmirlər.

Mövzuya qayıdacağıq.


ETSN-nin sevimli kadrı qanun tanımır - Əlirza Əliyevin qoçuları narazılıq yaradır
ETSN-nin sevimli kadrı qanun tanımır - Əlirza Əliyevin qoçuları narazılıq yaradır
ETSN-nin sevimli kadrı qanun tanımır - Əlirza Əliyevin qoçuları narazılıq yaradır
ETSN-nin sevimli kadrı qanun tanımır - Əlirza Əliyevin qoçuları narazılıq yaradır
ETSN-nin sevimli kadrı qanun tanımır - Əlirza Əliyevin qoçuları narazılıq yaradır