İranda iki polis məntəqəsinə hücum edilib, 8 nəfər ölüb - YENİLƏNİB
İranda Rask və Çabahar şəhərlərindəki polis məntəqəsinə hücum nəticəsində ölənlərin sayı 8-ə yüksəlib.
Bu barədə Sistan və Bəlucistan əyaləti qubernatorunun təhlükəsizlik üzrə müavini Əlirza Mərhəməti məlumat yayıb.
Onun sözlərinə görə, daha 10 polis əməkdaşı yaralanıb.
Bildirilib ki, hücumun məsuliyyətini “Ceyş əl-Adl” silahlı qruplaşması üzərinə götürüb.
03:42
İranda iki polis məntəqəsinə hücum edilib.
Bu barədə Sistan və Bəlucistan əyalətinin qubernatorunun təhlükəsizlik üzrə müavini Əlirza Mərhəməti məlumat verib.
Onun sözlərinə görə, silahlı hücum əyalətinin Rask və Çabahar şəhərlərində baş verib.
Yerli KİV məlumat verib ki, atışma nəticəsində hüquq-mühafizə orqanlarının üç əməkdaşı həlak olub, üç terrorçu isə zərərsizləşdirilib.
Silahlı şəxslərin “Ceyş əl-Ədl” terror qruplaşmasının üzvləri olduğu bildirilir.(Tasnim)
Hazırda hadisənin təfərrüatları araşdırılır.