Bakının əsas yollarında TIXAC var
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Babək prospekti, mərkəz istiqamətində;
3. Qara Qarayev prospekti, "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metrostansiyası istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
6. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
7. Mikayl Müşfiq küçəsi, "Badamdar dairəsi"ndən 20 saylı məktəb istiqamətində;
8. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində;
9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
10. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
12. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
13. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur.