Xaldan-Mingəçevir yolunda avtomobil aşdı – FOTO

Xaldan-Mingəçevir yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AzBaku.info APA-ya istinadən xəbər verir ki, günorta saatlarında Yevlaxın Əkşəm kəndi ərazisində “Nissan X Trail” markalı, 90 ON 305 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Deformasiyaya uğrayan avtomobilin sürücüsü, 1942-ci il təvəllüdlü Baxışov Ziyəddin Mirəli oğlu və onun həyat yoldaşı, 1947-ci il təvəllüdlü Həsənova Səfurə Kərəm qızı xəsarət alıblar.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xilasedicilər xəsarət alan şəxsləri avtomobildən çıxarıblar. Onlar Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır
.Xaldan-Mingəçevir yolunda avtomobil aşdı – FOTO
Xaldan-Mingəçevir yolunda avtomobil aşdı – FOTO
Xaldan-Mingəçevir yolunda avtomobil aşdı – FOTO