Pambıqçıları daşıyan avtobus çaya aşdı: Onlarla yaralı var – FOTO

Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Nadirkəndi ərazisindən keçən hissəsində pambıqçıları daşıyan avtobus çaya aşıb.

AzBaku.info APA-ya istinadən xəbərinə görə, hadisə nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. Onlar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bildirilir ki, “İsuzu” markalı avtobus Kürək çayı üzərindəki körpüyə qalxmaq istəyərkən idarəetməni itirib.

Faktla bağlı araşdırma aparılır.

Pambıqçıları daşıyan avtobus çaya aşdı: Onlarla yaralı var – FOTO
Pambıqçıları daşıyan avtobus çaya aşdı: Onlarla yaralı var – FOTO