Malavinin vitse-prezidentini daşıyan təyyarə yoxa çıxdı
Göyərtəsində Malavinin vitse-prezidenti Saulos Çilimanı və daha 9 nəfəri daşıyan təyyarə yoxa çıxıb.
“Təyyarə radardan çıxdıqdan sonra onunla əlaqə yaratmaq üçün göstərdiyimiz bütün cəhdlər uğursuz olub”, - Malavi Prezident və Nazirlər Kabineti ofisinin bəyanatında deyilir.
Açıqlamada 51 yaşlı Çilimanın paytaxt Lilonqvedən yerli vaxtla saat 0917-də (GMT 0717) ayrılan Malavi Müdafiə Qüvvələrinə məxsus təyyarənin göyərtəsində olduğu və axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi bildirilib.
Təyyarənin meşəlik ərazidə qəzaya uğradığı ehtimal olunur.
Qeyd edək ki, bunun ardınca Malavi Prezidenti Lazarus Çakvera da Baham adalarına səfərini ləğv edib.(BBC)