Rusiyada neft anbarı vuruldu

Rusiyada neft anbarı vuruldu

 
Rusiyaya kütləvi hücum: neft bazası vuruldu

Ukrayna PUA-ları iyunun 20-nə keçən gecə Rusiyanın bir sıra regionlarına hücum edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Hava hücumundan müdafiə sistemləri Adıgey ərazisi üzərində altı, Bryansk üzərində üç, Krasnodar üzərində üç, o cümlədən Rostov, Belqorod və Oryol vilayətləri üzərində pilorsuz uçuş aparatını məhv edib”, - məlumatda deyilir.

Nazirliyinin açıqlamasında pilotsuz təyyarənin hücumunun nəticələri barədə heç nə deyilmir.

Krasnodarın qubernatoru Veniamin Kondratyev Slavyansk-Kuban şəhərinin hücuma məruz qaldığını bildirib. Nəticədə fərdi yaşayış evi tamamilə dağılıb, yerli sakin həlak olub.

Adıgeyin Taxtamukay rayonunun Enem kəndində PUA hücumu nəticəsində neft anbarında yanğın baş verib. Adıgey Respublikanın başçısı Murat Kumpilov qeyd edib ki, səhər saat 6-da xilasedicilər yanğını söndürüb, onun sahəsi 400 kvadratmetrdir.

Tambov vilayətinin qubernatoru Maksim Yeqorovun sözlərinə görə, Platonovskaya neft bazasının ərazisində partlayış baş verib. Ehtimal olunur ki, əraziyə PUA hücumu olub. Partlayışdan sonra neft çəni yanıb.