“Ermənistana yeni Konstitusiya lazımdır”
“Ermənistanın yeni Konstitusiyaya ehtiyacı var”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə Konstitusiya Günü ilə bağlı xalqa müraciətində deyib.
“Hazırkı Konstitusiya vətəndaşlar arasında ciddi sosial və psixoloji gərginlik yaradır. Onlar bunu hakim elita tərəfindən yaradılan və tətbiq edilən sənəd kimi görürlər. Bizə xalqla – onun yaradıcısı ilə bağlı olan yeni Konstitusiya lazımdır”, - deyə Paşinyan bildirib.