Bakı və Kürdəmirdə müəmma: Səmada naməlum obyekt peyda oldu – VİDEO

Kürdəmir rayonunda səmada peyda olan ağ işıq görənləri təəccüblədirdi.

AzBaku.info Xəzər TV-yə istinadən xəbər verir ki, videoda getdikcə böyüyən ağ işığın həm də hərəkət etdiyi məlum olub.

Daha sonra isə goruntülərdəki ağ naməlum obyekt qəfil yoxa çıxıb. Görüntülər səhər saat 07:30 radələrində Kürdəmir rayonunda lentə alınıb.

Daha bir bənzər görüntü Bakı şəhərinin Qaradag rayonundan gəlib.

Paytaxt sakini Firdovsi Nofəlov da Qaradağ rayonu ərazisində bənzər naməlum obyektin görüntüsünü çəkə bilib.

Şamaxı Astrofizika Rəsədxanasından isə bildiriblər ki, görüntülərin yad planetlilərə aid olması ehtimalı yoxdur. Videodakı ağ işıq hər hansı ölkənin fəzaya buraxdığı peyk də ola bilər.