Avstriyadan Macarıstanın boykot edilməsinə - Münasibət
“Avstriya Macarıstanın Avropa İttifaqı Şurasına sədrliyini boykot etməsinin əleyhinədir".
Bu barədə Avstriya kansleri Karl Nehammer “X”də paylaşım edib.
“Macarıstanın Baş naziri Viktor Orbana razılaşdırılmamış hərəkətlərinə görə cavab verilməlidir, lakin Avropa Şurasına sədrliyi boykot etməməlidir. Görüləsi işlər çoxdur”, - Nehammer bildirib.
Xatırladaq ki, Macarıstan iyulun 1-dən etibarən Aİ Şurasına sədrlik edir.
Buna baxmayaraq Orban Avropa Parlamentinin ilk plenar sessiyasında çıxış etməyə dəvət olunmayıb. Avropa Parlamentinin deputatı Klara de Malo ona qarşı boykotu Aİ-nin fəaliyyətinə hörmətsizlik etməsi ilə əlaqələndirib.