Zakatala, Oğuz meşəsində özbaşınalıq: kəsilən ağaclar, tikilən kafe və restoranlar – NAZİRİN NƏZƏRİNƏ(FOTOFAKT)

Bu gün torpağa, suya, ağaca, kol, ot bitkilərinə, heyvanat aləminə, mikroorqanizmlərə özməqsədinə görə terror etmək dünyanın hər yerində cinayət sayılır. Amma Azərbaycanda buna biznes deyirlər. Bunu üçündə ölkədə “yaşıl soyqrım” adlı bəla höküm sürür. Kimi qiymətli ağacları kəsdirib odun əvəzi satır, kimisi kafe və restoran tikdirir, kimisi də qanunla qorunan qırmızı kitaba düşən ağaclardan mebel, parket istesal edir. Bu Azərbaycan reallığıdı. Çünki bioloji cəhətdən öz varlığına şübhə edən ekologiya keşikçilərinin işi meşələri qorumaq deyil, oradan pul çıxarmaq mexanizimi ilə yaşayıb, yaradır. Bu gün oxuculara təqdim edəcəyimiz reallıqda, Ekologiya nazirliyinin görməzdən gəldiyi, məhv edilən meşə təsviridir.
Bu milli sərvəti qorumaq, özbaşına meşə rəhbərlərinə lazımı cəza vermək lazım olduğu halda, meşələrdə açılan kafe və restoranların himayədarına çevrilib Ekologiya nazirliyinin bəzi işbazları…. Tam səmimi deyə bilərik ki, Zakatala, Oğuz meşələri bu gün elə bil ki, kafe, restoranlar məkanıdı. Həmin yerlərdə meşə zolağını gəzdikcə ekologiya keşikçilərinin ayda nə qədər qazana biləcəyi hamıya gün kimi aydın olur. Meşə masivində sokülüb yerinə yenisi tikilən dəbdəbəli kafelər, otellərə və çayxanalara baxanda anlayırsan ki, bir neçə ilə ölkədə meşə tamamən yox olacaq. Meşədə aparılan tikinti işlərinin rəhbərlərinə sual edən də ki, niyə belə yaşıllığı məhv edib qanunsuz tikinti aparırsız, onlar isə cavabında nazirliyin və meşə rəhbərinin hesabını vermişik və buranı almışıq. Həmsöhbətlərimiz qanunsuz işləri biz yox Zakatala və Oğuz meşə rəhbərlərinin etdiklərini belə çəkinmədən bildirdilər. Dəhşətli və gülməli mənzərə. Yəni Ekologiya naziri və onun işçiləri, bu qədər prezidentin əmanətinə xəyanət edə bilər…!? Bəlkədə hər deyilənə inanmaq olmaz. Amma, Zakatala və Oğuz meşəsində kəsilən ağacların yerində tikilən obyektin fotoları bizə növbəti xatirə oldu. Paytaxt.org saytının əməkdaşlarının çəkdiyi fotoları fakt olaraq bizim çox hörmətli Ekologiya Bakanının nəzərinə çatdırmağı özümüzə borc bildik. Həmin fotofaktları təqdim edirik:
Zakatala, Oğuz meşəsində özbaşınalıq: kəsilən ağaclar, tikilən kafe və restoranlar – NAZİRİN NƏZƏRİNƏ(FOTOFAKT)
Zakatala, Oğuz meşəsində özbaşınalıq: kəsilən ağaclar, tikilən kafe və restoranlar – NAZİRİN NƏZƏRİNƏ(FOTOFAKT)