Haniyəni müvəqqəti kim əvəzləyəcək?
HƏMAS-ın yeni müvəqqəti lideri Xalid Maşal təyin edilə bilər.
Bu barədə İsrail mediası məlumat yayıb.
Bildirilir ki, Maşal 2025-ci ildə keçiriləcək seçkilərə qədər HƏMAS Siyasi Bürosunun rəhbəri vəzifəsini icra edəcək.
Qeye edilib ki, Xalid Maşal 1996-2017-ci illərdə HƏMAS Siyasi Bürosununa rəhbərlik edib.
Xatırladaq ki, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehranda səfərdə olan İ. Haniyə yaşadığı iqamətgaha atılan raket zərbəsi nəticəsində öldürülüb. O, avqustun 2-də dəfn ediləcək. Bununla əlaqədar İranda üçgünlük matəm elan olunub.
HƏMAS onun İsrailin hücumu nəticəsində öldüyünü bəyan edib. İsrail tərəfi isə İsmayıl Haniyənin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürmür.