ABŞ Yaxın Şərqə 12 hərbi gəmi göndərib - KİV

ABŞ Yaxın Şərqə 12 hərbi gəmi göndərib - KİV


“Pentaqon Beyrut və Tehrana zərbələr fonunda Yaxın Şərq, Fars körfəzi və Aralıq dənizinə 12 hərbi gəmi göndərib”.

Bu barədə “The Washington Post” adı açıqlanmayan departament rəsmisinə istinadən yazıb.

Mənbənin sözlərinə görə, ABŞ-nin “Teodor Ruzvelt” təyyarədaşıyan gəmisi və altı esminesi bu gün Fars körfəzində olub. 4 min dəniz piyadası və dənizçini daşıyan üç desant gəmisi və iki esminesdən ibarət bir qrup isə Şərqi Aralıq dənizinə göndərilib.