İranlı qadınlın geyimi ilə bağlı ölkədə tətbiq olunan qadağa aradan qaldırılıb.
AzBaku.info Yenicag.az -a istinadən xəbər verir ki, geyim qaydalarına riayət etməyən qadınlar artıq polis tərəfindən saxlanılmayacaq. Tehranın polis rəisi Hossein Rahimi də açıqlamasında İslam dininin qaydalarına uyğun olmayan geyimlərdən istifadə edən qadınların polis tərəfindən saxlanılmayacağını bildirib.
Qeyd edək ki, sözügedən qadağa 1979-cu ildən tətbiq olunurdu