Prodüser Təranə Səmədovaya cinayət işi açıldı - FOTO

Azərbaycan şou-biznesinin məşhur siması, prodüser Təranə Səmədovaya Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi açılıb.

AzBaku.info Lent.az-a istinadən məlumata görə, prodüser təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilib.

Ona Cinayət Məcəllsinin 144-cü (insan alveri, istismar) maddəsi ilə ittiham verilib.

İttihama görə, Təranə Səmədova Türkiyəyə qadın apararaq onu istismar edib.

Təranə Səmədova barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilməyib.

Məsələ ilə bağlı münasibətini öyrənmək üçün T.Səmədova ilə əlaqə saxlamağa cəhd edilsə də, prodüser zənglərə cavab verməyib.

Prodüser Təranə Səmədovaya cinayət işi açıldı - FOTO
Prodüser Təranə Səmədovaya cinayət işi açıldı - FOTO
Prodüser Təranə Səmədovaya cinayət işi açıldı - FOTO