ABŞ İrana xəbərdarlıq etdi: Rusiyaya ballistik raketlər vermək...
ABŞ prezidenti Co Baydenin administrasiyası bəyan edib ki, İranın Rusiyaya mümkün ballistik raketlər təhvil verməsi Tehranın Kremlin Ukraynaya qarşı hərbi təcavüzünə dəstəyinin “dramatik eskalasiyası” anlamına gələcək.
“Reuters”in məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savet bildirib.
Amerika rəsmisi qeyd edib ki, ABŞ Ukraynaya genişmiqyaslı işğalın əvvəlindən Rusiya Federasiyası ilə İran arasında müdafiə tərəfdaşlığının dərinləşməsi barədə xəbərdarlıq edib və bundan narahatdır.
Ağ Evin nümayəndəsi qeyd edib ki, ABŞ bu dəfə mümkün nəticələrə eyham vurub. Şura belə bir bəyanatla Qərb mediasının Tehranın Rusiyaya ballistik raketlər ötürməsi ilə bağlı xəvərləri fonunda çıxış edib.
Digər ABŞ rəsmisi “Reuters” agentliyinə bildirib ki, Vaşinqton İran-Rusiya raketlərinin mümkün hərəkətlərini diqqətlə izləyir.