70 və 66 yaşlı nazir müavinləri işdən çıxarıldı
Xəbər verdiyimiz kimi, ədliyyə nazirinə iki yeni müavin təyin edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla əlaqədar daha əvvəlki müavinlər Azər Cəfərov və Vilayət Zahirov işdən çıxarılıblar.
Bu barədə ölkə başçısı İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Keçmiş müavinlərin yerinə Mübariz Əhmədov və Toğrul Hüseynov təyin edilib.
Qeyd edək ki, 70 yaşlı A.Cəfərov 12, 66 yaşlı V.Zahirov isə 20 ildir ki, nazir müavini idi.