Türkiyə Nazirlər Kabineti Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək
Bu gün, sentyabrın 30-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədə Nazirlər Kabinetinin toplantısında Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq.
Məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, Nazirlər Kabinetinin toplantısında İsrailin Qəzza zolağı və Livanda keçirdiyi əməliyyatlar və onların nəticələri də müzakirə olunacaq. Livan “Hizbullah”ının lideri Həsən Nəsrullahın öldürülməsindən sonra bölgədə müharibənin yayılması ehtimalı və Türkiyənin atacağı addımlar barədə də fikir mübadiləsi aparılacaq.
Toplantıda Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirdiyi diplomatik görüşlər barədə də məlumat verəcək.