Azərbaycanda DƏHŞƏT: xəstəliyə dözə bilməyən kişi özünü öldürdü - YENİLƏNİB

Azərbaycanda DƏHŞƏT: xəstəliyə dözə bilməyən kişi özünü öldürdü - YENİLƏNİB


Lənkəranda intihar hadisəsi olub.

Hadisə Zövlə kəndində baş verib.

Kənd sakini Vüsal Qarazadə yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asıb. Məlumata görə, buna səbəb mərhumun xəstəlik səbəbilə bədənindəki ağrılara dözə bilməməsi olub.

Faktla bağlı araşdırma aparılır.

***
30 Sentyabr, Saat: 21:53

Lənkəranda 30 yaşlı kişinin meyiti tapılıb.

Lənkəran rayonunun Zövlə kənd sakini Vüsal Lütvəli oğlu Qarazədənin meyiti özünə məxsus tövlədə asılmış vəziyyətdə tapılıb.

Onun hansı səbəbdən bu addımı atmağı məlum deyil. Qeyd edək ki, V.Qarazadə iki uşaq atası idi.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.