Əli Əsədov Anqolanın vitse-prezidenti ilə görüşdü
Baş nazir Əli Əsədov noyabrın 11-də Anqolanın vitse-prezidenti Esperansa da Koşta ilə görüşüb.
Görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un əhəmiyyəti vurğulanıb.
Azərbaycanın Afrika dövlətləri, o cümlədən Anqola ilə əlaqələrin inkişafına önəm verdiyi bildirilib.
Görüşdə Azərbaycan-Anqola ikitərəfli əməkdaşlığının qarşılıqlı maraq doğuran sahələrdə inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.