ABŞ xüsusi təyinatlıları İŞİD-ə qarşı - REAL GÖRÜNTÜLƏR

Sosial şəbəkələrdə ABŞ xüsusi təyinatlılarının Əfqanıstanda İŞİD terror qruplaşmasının yaraqlılarına qarşı döyüşlərinin görüntüləri yayılıb.

Oxu.Az-ın xəbərinə görə, video yanvarın 9-da terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan “Directorate 4” Telegram kanalında yerləşdirilib.

Kadrlarda görünür ki, hərbçilər terrorçuları pulemyot, minaatan və qumbaraatanlardan atəşə tuturlar. Videonun 21-ci saniyəsində xüsusi təyinatlının yük maşınının yanından keçəndə sükan arxasında olan sürücünü güllələməsi aydın görünür.