Sakinlərin redaksiyamıza verdiyi məlumata görə, ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyində aparılan ayrı seçkilik və əhalini hakim dairələrdən narazı salmağa yönəlik addımların atılması onlarıda narahat edir. Yerli özünü idarə etmə orqanları isə məsələ ilə bağlı heç bir tədbir görməyərək səsizliklərin qorumaqdadırlar. Qeyd edək ki, Abşeron rayon Qobu qəsəbə sakinləri bir həftədən çoxdur mavi yanacaq üzünə həsrətdir. Aldığımız məlumata görə, Qobu qəsəbə 1 saylı tam orta məktəbin istilik təminatında da böyük problemlər yaradılıb.
Təhsil ocağının isidilməsi üçün məktəb rəhbərliyi istifadəyə yararsız olan şinlərin yandırılmasından istifadə edərək təhsil ocağının qızdırılmasında istifadə edir. Qəsəbə sakinlərinin sosial durumla bağlı aksiya keçirəcəkləridə qeyd edilməsi artıq problemin dözülməz həddə çatmasından xəbər verməkdədir. Valideylər evlərində istiliyi təmin edə bilməmələri bir yana qalıb məktəbdə övladlarının soyuq otaqlarda təhsil alması onları çox narahat edir.
Qobu sakinlərinin qeyd etdiklərinə görə , ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin sakinlər mavi yanacaqla bağlı yaratdığı sıxıntılar məqsədli şəkildə aparılmaqdadır. Bu qurumun əhalini seçki qabağı təşviqata sürükləmə planı olduğu və hakim dairələrdən narazı salınaraq küçələrə çıxmağa zorlamaqdadır. Prezidentin verdiyi sərəncamlara və məsləhətlərə əməl etməyən yerli qurumlar dinc sakinlərin problemlərindən istifadə edərək onları ölkə rəhbərindən narazı salmağa çalışmaqdadırlar – deyə sakinlər bildirib.
BakuNews.Az