Beyləqan- İmişli rayonlarından daxil olan bir məlumat marağa səbəb olduğundan məlumatı araşdırmaq və dərc etmək bizdə maraq doğurdu. Belə ki, xeberci.org-a daxil olan məlumatda mənbə iddia edir ki, Beyləqan rayonunun Eyvazalılar kəndi ərazisində və dəmiryol ətrafında Ərəbistan vətəndaşları ov etməklə məşquldular. Beyləqanlılar ərəblərin Ekologiya Təbii Sərvətlər Nazirliyinin İmişli rayon üzrə regional idarəsinin rəisi Şirinov Şükür bilərəkdən ərəblərin ərazilərdə ov etmələrinə göz yummasında günahlandırırlar. Mənbə iddia edir ki, ərəblər adıçəkilən ərazilərdə qeyri-qanuni ovçuluqla məşquldular. Məsələ ilə bağlı Şükür Şirinovla saxladıq. Şükür müəllim bildirdi ki, bu olaylardan xəbərsizdir.
Dediklərinə əsasən adı çəkilən ərazilər onun yox ETSN-nin Ağdam Regionalının ərazilərinə daxildir. Ərəblərin hansı formada Beləqan rayonu ərazisində ovçuluq etməsinə Ekologiya Təbii Sərvətlər Nazirliyinin münasibətindən biləcəksiz.
Araşdırmalarımız davam edir. Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq.