
İsrailli girovların qaytarılması müqabilində İsrail həbsxanalarından azad edilməli olan fələstinli məhbuslar bu gün saat 17:00-da azadlığa buraxılacaqlar.
Bu barədə Məhbuslarla İş üzrə Ofis məlumat yayıb.
"Vasitəçilərlə aparılan danışıqlardan sonra məhbusların yerli vaxtla saat 17:00-da azad edilməsi qərara alınıb", - ofisin rəsmi “Telegram” kanalında dərc olunmuş məlumatda deyilir.
Daha əvvəl onların yanvarın 31-də azad ediləcəyi barədə məlumat verilmişdi.
***
Fələstinli məhbuslar yanvarın 31-də yerli vaxtla saat 05:00-da İsrail həbsxanalarından azad ediləcək.
Bu barədə Fələstinli Məhbuslarla İş üzrə Ofis məlumat yayıb.