9 aylıq hamilə qadın itkin düşüb – Quba RPŞ-də isə narahat deyillər

Bakunews.az-a Quba rayonundakı mənbədən daxil olan məlumata əsasən 9 aylıq hamilə qadın artıq bir neçə gündür ki, itkin düşüb. Hadisə ilə bağlı redaksiyaya məlumat verən mənbə bildirdi ki, ötən ilin dekabrında itkin düşən rayon sakini Aynurə Həsənova ailəsində həyat yoldaşından və qayınanasından gördüyü şiddət səbəbi ilə rayon polis şöbəsinə ərizə ilə müraciət edib. Sonra Xaçmazda yaşayan bacısının yanında müvəqqəti məskunlaşan A.Həsənova 13 yanvar 2018-ci il tarixdə Quba rayon polis şöbəsinə gələrək ailəsi ilə barışmaq istədiyini bildirib. A.Həsənovanın anasının bildirdiyinə görə polislər qızının ailəsi ilə barışmaq istədiyinə kifayət qədər laqeyid münasibət göstəriblər. Hətta A.Həsənovanın bu istiqamətdəki israrlarından sonar isə hamilə qadını polis idarəsindən uzaqlaşdırıblar. Polis idarəsindən çıxarıldıqdan sonra A.Həsənova Xaçmzda yaşayan bacısının evinə dönməyib. Həyat yoldaşının ailəsi də gəlinlərinin geri dönmədiyini iddia edirlər. Artıq bir neçə gündür ki, hamiləliyinin son günlərini yaşayan qızından xəbər tuta bilməyən ana Quba rayon polis şöbəsinin biganəliyindəndə kimfayət qədər narazıdır. Qızının itkin düşməsi lə əlaqədar Xaçmaz və Quba rayon polis şöbələrinə dəfələrlə müraciət edən ana ana çarəsiz vəziyyətdədir. A.Həsənovanın anasının bildirdiyinə görə Xaçmaz rayon polis şöbəsindən verilən rəsmi məlumatda qızının bu rayonun ərazisində olmadığı qeyd edilib. “Quba rayon polis şöbəsi isə konkret hər hansı tədbir görmür” – deyən ana hamilə qızının taleyindən çox narahatdır.

Bakunews.az-ın əməkdaşı hadisə ilə bağlı Quba rayon polis şöbəsinin növbətçi hissəsi ilə əlaqə saxladı. Özünü təqdim edən əməkdaşımız daha sonra Aynurə Həsənovanın itkin düşməsi ilə bağlı məlumat almaq istədiyini növbətçinin nəzərinə çatdırdı. Növbətçi polis sualımıza RPŞ-nin təhqiqat şöbəsinin rəisinin cavab verməli olduğunu deyərək gözləməyi məsləhət bilsə də, sonradan bizə məlum olmayan səbəbdən dəstəyi asdı.

Xatırladaq ki, Quba rayonunda ailə münaqişəsi zəminində 9 aylıq hamilə qadının yaxınları tərəfindən şiddətə məruz qoyulması və RPŞ-nin isə məsələyə biganə münasibətinin nəticəsi olaraq bir insan taleyi günlərdir ki, naməlumdurş Əslində baş verən hadisə bir ailənin deyil, cəmiyyətin problemidir. Çünki vətəndaşından təhlükəsiz yaşamından sorumlu olan qrumlardan biri də məhz polisdir.

Quba rayonundakı mənbədən daxil olan məlumatda o da qeyd edilir ki, Aynurə Həsənova həyat yoldaşı ilə rəsmi nigahda olmayıblar.
Mövzuya qayıdacağıq.

Redaksiya yazıda adı çəkilən şəxslərində mövqelərini dərc etməyə hazırdır.