Nərimanovda beşmərtəbəli binada yanğın başlayıb

Nərimanovda beşmərtəbəli binada yanğın başlayıb

Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada yanğın baş verib.

Bu haqda FHN Mətbuat xidməti məlumat yayıb

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.