Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyev motoskilet sürərkən çəkilən videosunu İnsatagram səhifəsində paylaşıb.
O, təhlükəli görüntüsünə “Zolaqlı xətlərlə oynamaq” şərhini verib.
Cahadın bu paylaşımına anası B.Dadaşova da sərt reaksiya göstərib və əsəbiləşib:
“Tərbiyəsiz, sən mənə söz vermişdin. Gəlib o motosikleti yox edərəm. Məni “blok”a atsan, təyyarəyə minib ora gələcəm. Başıma ağrı girdi, sənə göstərəcəm. Telefonlarıma cavab ver, yoxsa hər şeyi burada yazacam. Mən sənə gəzməyi öyrətmişəm”.
Oğlu isə anasına telefondan istifadə qaydalarını öyrətdiyinə görə peşman olduğunu bildirib.
(xəbərçi.az)