“Qarabağ” dünən Antalyada davam edən qış təlim-məşq toplanışı zamanı V yoxlama oyununu keçirib.
Oxu.Az xəbər verir ki, komandamız Bosniya və Herseqovinanın “Sarayevo” komandası ilə qarşılaşıb.
Ağdam klubu rəqibinə 0:2 hesabı ilə məğlub olub. Qolları Amar Rahmanoviç (35-ci dəqiqə) və Miço Kuzmanoviç (79-cu dəqiqə) vurub.
Milli komandaların heyətində olan “Qarabağ”ın 12 futbolçusu bu matçda iştirak etməyib. Komandamız qarşılaşmaya bu heyətlə çıxıb:
Anton Kanibolotski, Əsgər Hüseynov, Yakub Jezniçak, Arif Daşdəmirov, Ansi Aqolli, Nicat Süleymanov, Dani Kintana, Miçel, Donald Qerye, Ağabala Ramazanov, Pedro Enrike.
Xatırladaq ki, “Qarabağ” daha əvvəl Rusiyanın “Kuban” (2:2), Polşanın “Lexia” (1:1), Makedoniyanın “Şkupi” (0:0) klubları ilə heç-heçə edib, “Mariupol”a (Ukrayna) 2:3 hesabı ilə uduzmuşdu. Ötən ay ölkə kubokunun 1/4 finalında “Sumqayıt”a da məğlubiyyəti saysaq, “Qarabağ” ardıcıl altıncı oyundur ki, qələbə qazana bilmir.