Cəlilabadda ananın fəryadı-Dərdimizi kimə deyək?-VİDEO

Ölkədə baş alıb gedən məmur özbaşınalığı əhalinin səbr kasasını doldurub. Demək olar ki, məmur və cammat arasında olan münasibətlər gərginliklərlə yadda qalır. Bununda səbəbi vəzifə sahibinin rüşvətlə işləməsi, camaatın isə rüşvət verə bilməməsidir. Çünki heç kimə sirr deyil ki, ölkə əhalisinin çox qismi yoxsulluq içində əziyyət çəkir. Və, bu hal da, nə məmurları, nə də ki, hazır yeyən vəzifə sahiblərini maraqlandırır. BakuPress Milli İnformasiya Agentliyinin email adresinə Cəlilabad rayon sakini Nuriyev Faba müraciət etmişdir.Çətin durumda olduğunu yerli orqanlar tərəfindən süründürlüdüyünü qeyd etmişdir.Yollandıq Cəlilabad rayonuna vətəndaş Cəlilabad rayonu keçmiş süd zavodunun həyətində yaşadığını bildirmişdir.Çətinliklədə olsa ünvanı tapdıq.Gördüyümüz mənzərə ürəyimizi ağrıtdı.2013-cü ildə avtomabil qəzasından sonra iki ayaqları əlil olan Nuriyev əvvəl onu bu hala düşməyinin səbəbkarı Cəlilabad rayon mərkəzi xəstəxanasının həkimləri olduğunu bildirdi.Onuda qeyd etdi ki,onu maşınla vuran şəxs həkimlərə pul verdiyinə görə mənim diaqnozumu səhv qoydular.Hər şey bir yana indi qalmışam iki ayaqdan əlil,anamda əlildir ,məktəbli azyaşlı övladım və yoldaşım gördüyünüz acınacaqlı vəziyyətdə yaşayıram.Hara müraciət edirəmsə 1-ci qrup əliliyimi ala bilmirəm,ünvanlı sosial yardım ala bilmirəm.Yoldaşım iki əlilə baxır.Blmirik dərdimizi kimə deyək.Nuriyevin anası göz yaşları içərisində bildirdi ki,dəfələrlə Cəlilabad rayon icra hakimiyyətinə getmişəm məni icra başçısının köməkçisi Malik müəllim qovub,deyir ki,"nə istəyirsiniz sizin əlinizdən hara gedək?"Cəlilabad rayon icra başçısının 3-cü müavini Dürdanə xanımdan ünvanlı sosial yardım almağımıza kömək etməyini xahiş etdim,mənə dedi ki,"55 manat təqaüd alırsanda yardım nəyinə lazımdır".

Nuriyev bildirdi ki,Cəlilabad rayon DSMF-sinin şöbə müdiri Cavid müəllim bizi aldatdı ki",nazir Səlyanda səyyar görüş keçirəndə bizdən şikayət etməyin sizin probleminiz həll olacaq.Amma nazir gəlib gedəndən sonra bizə imtina məktubu gəldi."Günlərlə bu kiçik daxmada ac- susuz qalırıq.Sağlam olsam kiminsə yardımına ehtiyacım olmaz, iki ayağım şikəst, anam əlil bilmirik nə edək.Dövlətin bizə ayırdığı haqqımızı ala bilmirik.
Bir sözlə, Cəlilabadda bu ailənin sosial durumu çox acınacaqlıdır.
Görəsən vətəndaşı qapılarda süründürən yerli məmurlar 10 saniyədə olsa onların yaşadıqları şəraitdə,evdə qala bilərlərmi?Toxun acdan xəbəri olmaz atalar deyib.
Ölkə başçımızın yerli icra orqanlarına dəfələrlə etdiyi xəbərdarlıqlar yəqin ki, Cəlilabad rayon icra hakimiyyətinə və yerli məmurlara aid olmayıb.
Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
İnsanın ürəyini dağlayan görüntüləri hazırladığımız videomaterialdan izləyə bilərsiniz.