Direktor tərəfindən sexsual hərəkətlərə məruz qalan şagirdin anası aidiyyatı qrumlara müraciət etdi-VİDEO
BakuPress Milli İnformasiya Agentliyi Sabirabad rayonu 8 saylı orta məktəbdə direktorun 15 yaşlı şagirdə qarşı sexsual qısnamaları barədə sil silə araşdırma yazılar dərc edir.Qeyd edək ki,müəyyən təhdidlərə və təpkilərə məruz qalan şagirdin anası dünən artıq rəsmi surətdə Daxili İşlər nazirliyinə,Respublika prokurorluğuna,Təhsil nazirliyinə müraciət etmişdir.Məsələ araşdırılır.Ana aidiyyəti qrumlar və ictimayyətdən kömək istəyir.Valideyin qeyd edir ki,biz sadə müəllim ailəsiyik bizim maddi durumuz güclü olmadığına görə,Etibar müəllim nüfuzunun və madiyyatının gücü ilə bizi sıxışdırır,rayonda haqqımızda xoşagəlməz şayələr yayır.Biz şər və böhtan atmaqda ittiham edir.Qızım 3 dəfə intihara cəhd edib ,yoldaşımın səhhəti düzəlmir.Həyatımız təhlükədədir.Tanınmış vəkil Heyrat Qarayev BakuPress Milli İnformasiya Agentliyinə bildirdi ki,valideyinin və şagirdin hüquqlarını müdafiə edəcək.Yəqinki ictimayyətin və medianın diqətində olan bu məsələ aidiyyatı qrumlar tərəfindən yenidən araşdırılıb tam doğru hüquqi qiymət veriləcək.
Araşdırmamız davam edir
Direktor tərəfindən sexsual qısnamaya məruz qalan şagird intihara cəhd etdi-VİDEO
Direktor tərəfindən sexsual qısnamaya məruz qalan şagird intihara cəhd etdi-VİDEO
BakuPress Milli İnformasiya Agentliyi Sabirabadda direktorun şagirdə qarşı sexsual hərəkətlərinin hansı dərəcədə doğru olub-olmadığını araşdırmaqda davam edir.Qeyd etmişdik ki,Bakupress əməkdaşları hadisənin nə dərəcədə həqiqət olmağını tam yəqinləşdirməkdən ötrü Sabirabadda oldu.Bizim məqsədimiz kimisə günahsız ittiham etməkdə deyil olanların doğruluğunu gündəmə gətirməkdir.İlk üz tutduğumuz məkan Sabirabad rayon 8 saylı orta məktəb oldu, amma əfsuslar olsun ki,direktor üzə çıxmadı.Xatırladaq ki,keçən yazımızda qeyd etmişdik ki,məktəbin həyətində Etibar müəllimin "qoçuları" bizi qarşılamışdı.Aidiyyati orqanların səlahiyyətli nümayəndələri təhsil şöbəsinin müdiri,icra başçısı,polis rəsi,prokuror məzuniyyətdə olduğunu dedilər.Bir sözlə suallarımıza cavab verməyə səlahiyyətli şəxs tapmadıq.Zərərçəkmiş şagirdin evində olduq.şagirdin babası və anası hadisəni tam təfərrüatı ilə bizə danışdılar.Buradan maraqlı sual doğdu ,əgər direktor günahsızdırsa niyə açıqlama verməkdən qaçdı?.Niyə adiyyatı qrumlar buna cavab vermək istəmir?Rayon ictimayyəti ilə apardığımız sorğudanda məlum oldu ki,hadisədən rayon camaatı xəbərdardır və hüquq mühafizə orqanlarının məsələnin araşdırlmasını istəyirlər.
Valideyinin ilk bizə zəngində işin prokurorluq orqanında olduğunu qeyd etmişdir.Məsələ ilə əlaqəli Respublika prokrurluğu ilə əlaqə saxladıq.Respublika prokrorluğunun mətbuat xidmətinin rəisi Eldar Sultanov qeyd etdi ki,"bu hadisə Sabirabad rayon polis şöbəsində araşdırılıb və rayon prokuroruna məruzə olunb ki,tərəflər arasında barışıq olduğu üçün cinayətin başlanmasına rədd verilib".
Valideynlər isə direktorun cəzalanmasının tələbindədilər.Rayon ictimayyətidə hüquq mühafizə orqanlarının,təhsil nazirliyinin hadisəyə düzgün qiymət verilməsini gözləyir.
Onuda qeyd edək ki,zərərçəkmiş şagird hadisədən sonra güclü psixoloji sarsıntı ,keçirib,atası ağır vəziyyətdə xəstəxanadadır,stressdən səhhəti düzəlmir.Valideyinlərinin dediyinə görə, şagird bir neçə dəfə intihara cəhd edib.Daha ətraflı hazırladığımız videoreportajdan izləyə bilərsiniz.
.
P.S Şagird üç dəfə intihara cəhd edib ,gərək intihar etsin hüquq mühafizə orqanları işi tam dəqiq araşdırsın?Biz araşdırmamızı davam edirik.Kimin gunahkar kimin günahsız olmağını isə aidiyyatı orqanlar deyəcək.