''Azərbaycan Avtomobil Yolları'' Dövlət Agentliyi Babək prospektində Ziya Məmmədovun ənənəsin davam edir...VİDEO/FOTO

Babək prospektində yaranan iyin əsil səbəbidə kanalizasiya borularının zədəli olmasından irəli gəlməkdədir... Bu gün görüləcək iş o iyin illər boyu yenidən hiss edilməsinə aparır...

Yağış – kanalizasiya sisteminin yenidən qurulması zamanı gələcəkdə ciddi fəsadlara səbəb olacaq yanlışlıqlara yol verilir. Dəmir boruların üzəri yumşaq qumla örtülməli olduğu halda daşlı torpaqla örtülür. Qeyd edək ki, yol çəkilişi ilə birgə aidiyyatı qurumlarında yol təmiri zamanı içməli suyun turbalarının dəyişdirilməsi ilə yanaşı kiçik bir detallara qədər hər bir şey nəzərdən keçirilərək layihənin sonlandırılması gözlənilməkdədir. Amma bu gedişlə layihənin suquta uğraması təmir edilən yolun qısa müddətdə dağılma ehtimalının olduğu müşahidəmizdən yan keçməyib. Babək prospektinin daim yararsız asfalt örtüyü olmasının başlıca səbəblərindən biridən kanalizasiya boruların zədəli olmasından və ordan axan suların yerin üst qatında çökmə verməsinə rəvac verib. Bu gün görülən işin sabaha olacaq nəticəsinində eyni olaraq qalması göz qabağındadır. Batırılan boruların üzərinə yumuşaq torpaq əvəzinə "katlavan" və ya kariyerlərdən gələn tulantıların tökülməsidir.
''Azərbaycan Avtomobil Yolları'' Dövlət Agentliyi Babək prospektində Ziya Məmmədovun ənənəsin davam edir...VİDEO/FOTO

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik Babək prospektinin yenidən qurulması işlərinə start verib. Prospektin uzunluğu 9.2 km, eni isə 24 m təşkil edir. Yolda 3 gediş və 3 gəliş olmaqla hərəkət zolaqlarının sayı 6-dır. Xatırladaq ki, Babək prospekti üzərində tikilən qovşaqlar nəqliyyatın hərəkətini xeyli sürətləndirməyə hesablansa da, əslində gələcəkdə baş verə biləcək hadisələr bu əminliyimizə kölgə salır. Hal–hazırda qovşaqlar da daxil olmaqla yol uzun illər istismar olunduğundan, hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlib. Bu isə öz növbəsində prospekt boyu hərəkətdə müəyyən problemlərə səbəb olur. Məhz bütün bunlar nəzərə alınaraq “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən prospektin əsaslı şəkildə yenidən qurulması işlərinə başlanılıb. Aparılan işlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır. Bunun əvəzinə yenidən kipləşdirmə işləri aparılır. Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunacaq, zəruri olan yerlərdə yeni sistem qurulacaq. Lakin ölkə.cənab Prezidentin müvafiq Sərəncamı ilə Ziya Məmmədovdan qurtulsa da, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi Babək prospektində məhz Ziya Məmmədovun “taktikası” ilə işləyir. Xatırladaq ki, eks-nazirin hökmranlığı dönəmində çəkilən yolların hər km-i fantastik qiymətlərlə hesablanaraq 30-50 illik istimar müddəti qoyulsa da, milyonlarla manata başa gələn yol, məhz ilk yağan yağışdan sonra keyfiyyətini dəyişirdi. Etibarlı mənbədən daxil olan məlumata əsasən Ziya Məmmədov nazir olduğu dönəmlərdə tabeçiliyində olduğu təşkilatların icra etdikləri işlər zamanı özünün istehsal və ya idxal etdiyi məhsulllardan istifadəni hər kəsin qarşısında şərt kimi qoyurmuş. Bu gün Babək prospektində aparılan işlər zamanı da ənənə davam edir. Səhlənkarlıq, ucuz mal-material və s.
''Azərbaycan Avtomobil Yolları'' Dövlət Agentliyi Babək prospektində Ziya Məmmədovun ənənəsin davam edir...VİDEO/FOTO

BakuNews.az-a etibarlı mənbədən daxil olan məlumata görə mövcud yağış – kanalizasiya sisteminin yenidən qurulması zamanı gələcəkdə ciddi fəsadlara səbəb olacaq yanlışlıqlara yol verilir. Belə ki, yağış – kanalizasiya sisteminin yenidən qurulması zamanı dəmir boruların üzəri yumşaq qumla örtülməli olduğu halda əslində isə daşlı torpaqla örtülür. Bu isə həmin boruların istismara verilmədən öncə ciddi zədələnməsinə səbəb olur. Mənbənin bildirdiyinə görə daşlı torpaq yumşaq qumdan daha ucuz qiymətə olduğu üçün podratçı təşkilat bu məsələyə daha çox üstünlük verir. Xatırladaq ki, 9,2 km uzunluğunda olan prospekt boyu bu cür “qiymət” siyasəti ciddi məbləğli dövlət vəsaitinin mənimsənilməsi deməkdir. Onu da qeyd edək ki, dəmir boruların üzərinə tökülən daşlı torpağın yaradacağı fəsadların aradan qaldırılmasına xərclənəcək dövlət vəsaiti isə daha ciddi məbləğdə olacaq. Yeni çəkilmiş asfalt örtüyünün, yol yatağının və zədələnmiş boruların bərpası, işçi qüvvəsi və s. Bu kimlər üçünsə növbəti qazanc yeridirsə, dövlət büdcəsi üçün isə ciddi itkidir. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan yol infrastrukturunun qurulması işlərinin 2018-ci ildə yekunlaşması nəzərdə tutulsa da, el məsələni günümüzün tələb olunan forması ilə xatırlatmaq yerinə düşərdi: Bu layihə hələ çox pul aparacaq. Amma dövlət büdcəsinə deyil, məhz kimlərinsə cibinə?
''Azərbaycan Avtomobil Yolları'' Dövlət Agentliyi Babək prospektində Ziya Məmmədovun ənənəsin davam edir...VİDEO/FOTO

Mövzuya qayıdacağıq.
Yazıda adı çəkilən müəssisələrində mövqeyini dərc etməyə hazırıq.

BakuNews.az