Baş nazir həbs edildi - VİDEO

Xəbər verdiyimiz kimi, Dağıstanda Federal Təhlükəsizlik Xidməti əməkdaşları biri baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Əbdusamad Həmidov olmaqda dörd yüksək vəzifəli məmuru saxlayıb. Saxlanılan məmurlar büdcədən sosial proqramların reallaşması üçün ayrılan vəsaitləri mənimsəməkdə ittiham olunurlar.
Xeberle.com-un qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Rusiya İstintaq Komitəsi Dağıstan hökumət üzvlərinin saxlanılma anını əks etdirən videogörüntüləri yayıb.
Görüntülərdə məmurlardan birinin villası, Həmidovdan götürülən qızıl TT tapançası, "Beretta” tapançası və iki Kalaşnikov avtomatı, yüksək vəzifəli şəxslərin qandallanaraq və gözübağlı şəkildə təyyarə ilə Moskvaya göndərilmə anı əks olunub.