Bakıda daha bir yanğın — Məşhur restoran alışdı

Bakıda yanğın hadisəsi qeydə alınıb.

"Ölkə.Az"ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən restoranın mətbəxinin tüstü bacasında yağ qalıqları yanıb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Qeyd edək ki, sözügedən yanğın "Sumakh" restoranında baş verib.