Bakunews.az-a daxil olan məlumata görə, Xaçmaz DSMF-dən gedən yazılarla əlaqəli II-ci qrup əlil rayona çağrılıb. Təcili şəkildə DSMF-yə gəlməsi istənilən əlilin saat 18:00-a qədər gəlməsi istənilib. Çağrılan yerə sosialının veriləcəyin düşünərək gedən M.Mövlanovu yenidən hədəf seçiblər. Beləki, M.Mövlanovu qəbul edən Y.Rüstəmov II-ci qrup əlilə qarşı kobudluq edərək onun xəstəliyinin dahada artması və stress keçirməsinə səbəb olmuşdur. Redaksiyamıza məlumat verən əlilin bibisi qeyd edib ki, biz hansı dövürdə yaşayırıq ki, əlil olan vətəndaşın bu qədər basqılar edilməkdədir. Onu gecə saatlarında idarəyə çağıran Yasin Rüstəmov işçilərinin etdiyindən betər edərək onun əsəb xəstəliyinin güclənməsinə səbəb olub.
Əldə etdiyimiz məlumatda həmçinin DSMF-nin Töhvə adlı əməkdaşının nazirliyə çağrılmasıda qeyd edilir. Haz-hazırda II-ci qrup əlilin əsəb sarsıntısı keçirdiyini hətta evdən çölə çıxmağa qorxduğunu qeyd edən yaxını tezliklə ona bunu yaşadanların cəzalandırılacağına ümid etdiyin bildirib.