Gün ərzində ayağınızdan çıxarmadığınız ayaqqabılarınızdan axşam evə döndüyünüzdə pis qoxu gələ bilər. Çox zaman itməyən bu qoxu ertəsi gün ayaqqabını geyindiyinizdə təkrar sizi narahat edəcək.AzBaku.info ailem.az-a istinadən bu qoxudan azad olmağın asan üsulunu göstərir.
Bir top qəzeti sellofana bükərək bir gecə boyu soyuducuda saxlayın. Sonra qəzeti ayaqqabınızın içinə qoyun və bir saat saxlayın. Bu müddət ərzində qəzet pis qoxunu və nəmi içinə çəkəcək.