Zaqatalada yol qəzası olub, xəsarət alan var

Zaqatalada yol qəzası olub, xəsarət alan var

Zaqatalada yol qəzası baş verib.

Hadisə ötən gün axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb. 2002-ci il təvəllüdlü Səbuhi Abdurahmanovun idarə etdiyi “VAZ 2109” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı çuxura düşüb. Qəza zamanı sürücü xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.