Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri başlayıb


AzBaku.info APA-ya istinadən xəbər verir ki, Tehran bürosunun məlumatına görə, Tehranda prezident İ. Əliyevi İranın iqtisadiyyat və maliyyə naziri, iki ölkənin iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının həmsədri Məsud Kərbasian qarşılayıb.

Azərbaycan, Rusiya və İran prezidentlərinin sammiti bu gün Tehranda bir neçə saatdan sonra keçiriləcək.

Prezident İ. Əliyev həmin sammitdə iştirak etmək üçün Tehrana səfər edib.