Ermənistanda Yerevan Şurasının iclasında dava düşüb.
Oxu.Az erməni mətbuatına istinadən xəbər verir ki, “Yerkin tsirani” («Еркир цирани») partiyası fraksiyasının üzvü Marina Xaçatryanın, hakim Respublikaçılar partiyasının nümayəndəsi Edmon Kirakosyanı şillələdi.
Hadisə fevralın 13-də baş verib. Belə ki, Xaçatryanın, partiya üzvləri ilə birlikdə, şəhər sovetinin iclasına Yerevanın Nubaraşen rayonundan çirkli axıntı sularını qablara dolduraraq gətirib. Bununla da o, həmkarlarını rayonun kanalizasiya sisteminin dəyişdirilməsinə ehtiyacın olduğunu çatdırmaq istəyib.
Çirkablı suyun iyi qısa müddət ərzində otağı bürüdü. Marina Xaçatryan bu suyu Yerevanın meri Taron Markaryana təqdim etmək istəyib.
Bu isə hakim Respublikaçılar partiyasının təmsilçilərinin qəzəbinə səbəb olub.
Bir neçə deputat yerindən qalxaraq davaya başlayıblar və davanın gedişində Marina Xaçatryana zərbələr vurulub, qolların dartılıb, saçları yolunub. Bundan sonra Xaçatryan bəyan edib ki, ona qarşı seksual təhdid olunub və bunun əvəzində respublikaçı Edmond Kirakosyana şillə vurub.
“Mən heç kimə imkan vermərəm ki, əynimdən paltarımı çıxarsın və döşlərimə, bədənimə toxunsun. Ara qarışıqda bunu dərk edən kimi həmin adamı özünə gətirmək üçün şillə vurdum. Bəxti gətirdi ki, orda yer dar idi, yoxsa ayağımın da gücünü hiss edəcəkdi”, – o deyib.
Ermənistan polisi artıq məlumat verib ki, hadisə ilə bağlı materialları hazırlayır.