ABŞ himnini “həddindən artıq seksual” ifa ediblər – VİDEO

ABŞ-da sosial şəbəkə istifadəçiləri, NBA All-Star Oyununda Amerika himninin “çox seksual” performansından sonra, populyar müğənni Fergie haqqında müzakirələr aparırlar.

Oxu.Az-ın məlumatına görə, ifaçı ABŞ himnini “blyuz” şəklində oxumağa qərar verib.

Lakin o, bunu çox “vulqar” bir şəkildə edib.

Belə qənaətə hətta oyunu şərh edən aparıcılar da gəliblər.

Keçmiş basketbolçu Charles Barkley eşitdiklərindən sonra siqaretə ehtiyac duyduğunu etiraf edib.
Amerikalı musiqiçi Bou Bokan (Bowe Bocan), Twitterdə Fergie-nin performansını Haski itlərinin ulaması ilə müqayisə etdi.
Sosial şəbəkə istifadəçiləri bildirib ki, “Golden State Warriors”un oyunçusu Draymond Green, hamının əvəzinə reaksiyasını ifadə edib.