Bakı metrosunda qanlı hadisə - FOTO

Bir qədər əvvəl metronun bənövşəyi xəttinin ("Avtrovağzal” stansiyasına gedən) "Memar Əcəmi” stansiyasında bir nəfər yıxılaraq xəsarət alıb.


Report xəbər verir ki, bu barədə report-a "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, Sumqayıt şəhərinin sakini olan 27 yaşlı Anar Məmmədov sərxoş vəziyyətdə qatara çatmaq üçün pilləkənlərdən qaça-qaça düşüb. Bu zaman onun ayağı sürüşərək yıxılıb və başından xəsarət alıb. Vətəndaş polis əməkdaşlarının və sərnişinlərin köməyi ilə təcili tibbi yardım xidmətinə təhvil verilib.
Bakı metrosunda qanlı hadisə - FOTO