00:24
Məlum hadisədə əməkdaşı tərəfindən xəsərət alan Namiq Zeynalov hal hazırda əməliyyatdadır. Tecili tibbi yardım şöbəsində müdaxilə edərkən daxili qanaxma ola biləcəyin hesab etməyən Mərkəzi Xəstəxananın təcili yardım şöbəsinin əməkdaşı Namiq Zeynalovun yarasını tikiş əməliyyatı aparıb. Bir neçə saatdan sonra N.Zeynalovun səhhəti pisləşərək təxirə salınmaz əməliyyata götürülüb. Hal-hazırda RPŞ nin rəis və kollektivinində xəstəxanada olduğu qeyd edilməkdədir.
Əlavə olaraq qeyd edək ki təqsirləndirilən şəxs azadlıqda gəzməkdədir. Polis zabiti isə ölümlə həyat arasında qalıb.
21:49
Beyləqan rayon Təhsil Şöbəsinin müdirəsi Xuraman Rüstəmovanın oğlu öz iş yoldaşını bıçaqlayıb. BakuNews.az-a verilən məlumata görə, RTŞ müdirinin oğlu bir neçə müddət əvvəl Beyləqan rayon Dövlət Yol Patrul xidmətinə işə qəbul edilib. Daxili İşlər Nazirliyinin nəzdnində olan qurumun əməkdaşları arasında Beyləqan rayon bazarının yaxınlığında Tural Əliyev və Namiq Zeynalovla arasında mübahisə yaranıb. RTŞ müdirəsi X.Rüstəmovanın oğlu Tural Əliyev söhbət əsnasında DYP əməkdaşı YPX inspektoru Namiq Zeynalova soyuq silahla (bıçaqla) xəsarət yetirib. Həmçinin qeyd edək ki, Tural Əliyevin qardaşı Yasin Əliyev Beyləqan rayon Məhkəməsində köməkçi vəzifəsini daşıyır. RTŞ müdiri olan anasına və qardaşlarının tutduğu vəzifələrə arxayın olan YPX əməkdaşı Tural Əliyev törətdiyi cinayət tərkibli əməlinə görə cəzasız qalmağını düşünür. Qanunun aliliyini tanımayan Tural Əliyev törətdiyi əməlini alqışlayanlar tərəfindən hələdə azadlıqda gəzməkdədir. Həmçinin qeyd edək ki, cinayət əməli törətmiş Tural Əliyev hal-hazırda Füzuli Şıxəliyevin vəzifəsini icra etmədiyi üçün "BMW" markalı avtomobili ilə rayonda gəzməkdədir. Beyləqan RPŞ rəisi F.Şıxəliyevin qanun çərçivəsində tədbir görməsinə və Tural Əliyevin barəsində həbs edilməsi üçün verilməli olan göstərişin verilməməsinə maniə nədir...?
Məlumatda N.Zeynalov YPX inspektorunun bıçaqlandıqdan sonra Tural Əliyev tərəfindən deyil, Beyləqan rayon sakinləri tərəfindən dərhal mərkəzi xəstəxanaya yerləşdirilib. N.Zeynalovun aldığı xəsarətdən sonra vəziyyətinin ağır olduğu bildirilməkdədir.
P.S. Qeyd edək ki, RTŞ qanunsuzluqların və külli miqdarda pul yığımalarına verilən qanunsuz əmrlərlə bağlı dəfələrlə media qurumlarında məlumatlar dərc edilib. Bütün bu qanunsuzluqlara dur deməyən, Təhsil Nazirliyinin səlahiyyətlilərinin göz yumduğu X.Rüstəmovadır. Beyləqan Rayon təhsil ocaqlarından qanunsuz əldə etdiyi gəlir hesabına oğlu Tural Əliyevi DYP-yə işə düzəltməyə müvvəfəq olub. Nail olduğu məqsədinin sonu isə diğər ailənin övladının yəni N.Zeynalovun qanı bahasına başa gəlir. Polis zabitini bıçaqlayan RTŞ müdirinin oğlu azadlıqda əl-qolunu salaya-salaya gəzməkdədir. Bu şəxsin işə qəbulu zamanı pisixoloji durumu yoxlanılmadığı aşikardır ki, bunu da törətdiyi əməl subut edir. Onun törətdiyi cinayət əməllinə görə həbs edilərək barəsində cinayət işi açılması qanunun bir başa tələbi olduğu halda Beyləqan rayon Polis şöbəsinin səlahiyyətli şəxsləri bunu nədənsə etməyiblər!!! Səbəb isə naməlum olaraq qalmaqdadır. Media üzərində apardığımız araşdırmalar zamanı RTŞ müdirəsinin qanunsuz əməllərinin məhs yuxarı instansiyalara "şirinlik" verməsi sayəsində problemsiz kreslosunda otura bilməsi ilə rastlaşdıq. RTŞ müdirəsi Xuraman Rüstəmovanın himayəçisinin Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin olduğu buna görə, RPŞ rəisinin əl-qolunun bağlı olması göstərilir. X.Rüstəmovanın Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırovun himayə etdiyi iddia edilir.
Mövzunu diqqətdə saxlayacağıq.
Redaksiyadan: Yazıda adı keçən şəxs və qurumların mövqeyini dinləməyə hazırıq.
Bakunews.az