Tramp ABŞ-nin İranla müharibə xərclərini "cüzi məbləğ" adlandırıb

Tramp ABŞ-nin İranla müharibə xərclərini "cüzi məbləğ" adlandırıb

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyata xərclənmiş 30 milyard dolları "cüzi məbləğ" adlandıraraq, Vaşinqtonun Venesuelada daha çox vəsait əldə etdiyini bildirib.

Bu barədə Amerika lideri "Fox News" telekanalının efirində danışıb.

"Mən İranla müharibəyə xərclənən 30 milyard dollar barədə danışan çox axmaq bir konqresmenə qulaq asırdım. Bu cüzi məbləğdir, çünki biz Venesuelada dəfələrlə çox qazanmışıq", - Tramp deyib.

ABŞ Prezidentinin sözlərinə görə, Vaşinqton Tehranla münaqişədə güc mövqeyindədir.

Bununla yanaşı, Tramp tərəflərin saziş bağlamaq üçün "çox yaxşı şanslarının" olduğunu qeyd edərək, diplomatik nizamlanmanın mümkünlüyünə əminliyini ifadə edib.