Bandotdel əməliyyat keçirdi - silahlı cinayətkar dəstə məhv edildi

Mütəşəkkili Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları əməliyyat keçirib. Günlərdir hüuq - mühafizə orqanları tərfindən axtarılan "Qoca" ləqəbli Etibar Məmmədov və onun dəstəsi polisin uğurlu əməliyyatı nəticəsində zərərsizləçdirilib. Beləki, dünən gecə, Bakının Qaradağ rayonunda silahlı insident baş verib. Mütəşəkkili Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ilə "Qoca" ləqəbli Etibar Məmmədovun yaxalanması üçün keçrilən əməliyyat zamanı bir qrup silahlı şəxs arasında atışma olub. Bakıdakı atışmada ağır yaralanan "Qoca" ləqəbli Etibar Məmmədov ölüb. 4 nəfər dəstə üzvündən ibarət cinayətkar dəstənin təslim olmaması iki nəfərin ölümünə bir nəfərin isə yaralanmasına səbəb olub. Digər dəstə üzvü isə təslim olub. Əldə edilən məlumata görə, həmin şəxs isə Baş Mütəşəkkli Cinayətkarlıqla Mübarizə İdarəsində dindirilir.
Bandotdel əməliyyat keçirdi - silahlı cinayətkar dəstə məhv edildi

Bandotdel əməliyyat keçirdi - silahlı cinayətkar dəstə məhv edildi/ Onuda bildirək ki, xəsarət alanlardan biri 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğludur. O, "Qoca"nı yük avtomobili ilə qaçırırmış. Digər yaralı isə 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur. O, üz nahiyəsindən xəsarət alıb. Ş.Bəyəlizadənin "Qoca" ləqəbli E.Məmmədova kömək edən yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir. (azernews.org)