Gənc qadın 5-ci mərtəbədən yerə çırpıldı

Sumqayıt şəhərində gənc qadın 5-ci mərtəbədən yıxılıb.

AzBaku.info Report-a istinadə verdiyi məlumata görə, hadisə şəhərin Sülh küçəsində qeydə alınıb.

Adı hələ ki, məlum olmayan, təqribən, 20-25 yaşlarında gənc qadın yaşayış binasının 5-ci mərtəbəsindən yerə çırpılıb.

Yaralı ağır vəziyyətdə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.